Rusiya Türkiyəyə qarşı tətbiq olunan bütün sanksiyaları ləğv edir
"Rusiya ilə Türkiyə arasındakı bütün maneələr, qadağalar aradan qalxacaq".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Rusiya baş nazirinin köməkçisi Arkadi Dvorkoviç bildirib.
O, Türkiyəyə qoyulan sanksiyaların ləğv olunması üçün lazım olan bütün sənədlərin bu həftə içində hazırlanacağını bildirib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılaşmalar hazırda kağız üzərinə keçirilir. İşlərin 99 faizi tamamlanıb. Bəzi formal düzəlişlər üzərində işlənir".
Dvorkoviçin sözlərinə görə, protokol imzalanan kimi sanksiyaların götürülməsinə başlanacaq.
Qeyd edək ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan 10 mayda Soçidə keçirdikləri görüşdə xidmət, məhsul, parça və inşaat sektorunda Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların demək olar ki, hamısının aradan qaldırılması ilə bağlı razılaşma əldə etmişdilər. Türkiyədən pomidor alınmasına və türk vətəndaşlarına viza tətbiq olunmasına aid qadağalarınsa davam etdiriləcəyi açıqlanmışdı.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi