Azərbaycanlı aktrisa Ancelina Coli və Kriştiano Ronaldo ilə filmə çəkiləcək

“Reborn” layihəsi ilə gündəmə gələn Türkiyədə yaşayan azərbaycanlı aktrisa Könül Nağıyeva Hollivud ulduzu Ancelina Coli və məşhur futbolçu Kriştiano Ronaldo ilə birlikdə filmə çəkiləcək.

 

APA TV-nin məlumatına görə, aktrisanın yer alacağı “Həyat körpüsü” serialının çəkilişləri qeyri-müəyyən müddətə təxirə salınıb.

 

Könül Nağıyevanın Əzizə obrazını canlandıracağı ekran işində gənc türk aktyorları da yer alacaq: “Bəzi səbəblərə görə çəkilişlər təxirə salınıb. Özümüz də bilmirik. Biz aktyoruq. Deyirlər “gözləyin”, biz də gözləyirik. Orta Şərqdə yayımlanması məsələsi vardı. Bu, asan iş deyil. Serialı çəkib, kanala satmaq... Hər şey göründüyü kimi deyil”.

 

Aktrisa qısa filmlərdə də rol alır. “Merhaba hoşçakal” filmində o, Ahmet Kaynakla tərəf-müqabilidir. Ekran işi “Youtube” kanalında yayımlanacaq.

 

Bir müddət əvvəl türk mediasında xəbərləri yayılan Serpil Altının “Yüzmeyi öyreniyorum” filminin çəkilişləri isə iyun ayında başlayacaq. Aktrisa bu filmdə suriyalı qəhrəmanı canlandıracaq.

 

Könül xanım başqa bir filmdə də əsas rol ifaçısıdır: “Avstraliya və İngiltərə ortaq yapım filmi Afrikada çəkiləcək. Baş rolda - əfqanıstanlı polis qadını oynayacağam. Aksion filmidir. 2018-ci ili hədəf qoyublar. Çəkilişlər iki ay Afrikada olacaq". 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR