Rusiyalı tarixçi: “İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və...”

“İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri rusiyalı tarixçi Oleq Kuznetsov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

O, Rusiya Dövlət Duması və Federasiya Şurasına ünvanlanan Xocalı petisiyasına toplanan imza sayının az olduğundan da gileylənib, erməni diasporunun ölkəsində daha yaxşı təşkilatlandığını deyib: "Onlar bir iş görəndə, 40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir".

 

O.Kuznetsov həmçinin petisiyaya daha az imza toplanmasının səbəblərindən də danışıb: "İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata almaq lazımdır. Eyni zamanda insanların elektron media resurslarına çıxışı məhduddur".

 

O, Azərbaycan daxilində petisiyaya imzaların böyük hissəsinin Lənkəranın payına düşdüyünü dilə gətirərək, universitet tələbələri ilə görüş keçirmək üçün Gəncə və Mingəçevir şəhərlərinə səfər edəcəyini bildirib.

 

Tədbir jurnalistlərlə dialoq şəraitində davam etdirilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR