Avtomobil qəza törətdi, yol bağlandı
Bakının Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü qəza törədib. APA TV-nin məlumatına görə, "KİA Optima" markalı, 90 RS 460 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək “Şəfa” stadionunun yaxınlığında yoldan çıxıb. Avtomobil prospektdəki işıq dirəklərinə çırpılıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb. Nərimanov Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Qəza ilə bağlı prospektdə sıxlıq meydana gəlib.
Qəza törədən maşın ərazidən evakuasiya edildikdən sonra nəqliyyatın hərəkəti tam bərpa olunub.
OXŞAR XƏBƏRLƏR
19:44
639
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
663
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
861
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2167
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2140
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1967