ABŞ-dan neft bazarına daha bir zərbə: "QARA QIZIL" UCUZLAŞDI

ABŞ-da ehtiyatların artması xəbəri neftin qiymətlərinə mənfi təsir edib.

 

APA TV-nin məlumatına görə, ötən gün 52,28 dollara qədər yüksələn Brent nefti hazırda 51,33 dollara qədər geriləyib. Qərbi Texas nefti də dəyər itirib. WTİ nefti hazırda 48,31 dollardan təklif olunur. Gün ərzində hər iki marka bir dollara qədər ucuzlaşıb.

 

Amerika Neft İnstitutunun ehtiyatların artması barədə açıqlaması Rusiya və Səudiyyə Ərəbistanın istehsalın azaldılması barədə anlaşmasından sonra qiymət artımını dayandırıb.

 

İraqın baş naziri Heydər əl-Abadi Bağdadda keçirdiyi mətbuat konfransında daha yaxşı qiymətə satılması üçün neft hasilatını yenidən altı ay azaldacaqlarını bildirib. OPEK mayın 25-i Vyanada toplanacaq.

 

Qeyd edək ki, Rusiya və Səudiyyə Ərəbistanın istehsalın azaldılması fonunda qiymətlərin qalxması üçün çəkdiyi əziyyət ABŞ-da şist nefti hasilatının çoxalması, ehtiyatların artması ilə nəticəsiz qalır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR