Bakıda həyəcan: Bina sakinləri yanğına görə təxliyyə olundu

Gecə saatlarında Bakının Xətai rayonunda yanğın baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Gəncə prospekti 29 ünvanında yerləşən 21 mərtəbəli binada qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub. Sakinlər binadan çıxarılıb.

 

İlkin məlumata görə, qısaqapanma səbəbindən həmin binanın mənzillərini elektriklə təmin şaxtada tüstülənmə müşahidə edilib. Tüstülənmə sonradan yanğına çevrilib.

 

Nəticədə bina sakinlərindən iki nəfər tüstüdən zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib. Onlardan birinin azyaşlı olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR