Naməlum şəxs Ağ Evə soxulmağa cəhd edib

Vaşinqtonda şübhəli şəxs Ağ Evə daxil olmağa çalışıb. Bu səbəbdən Ağ Evin giriş-çıxışı bağlanılaraq nəzarətə götürülüb.

 

APA TV-nin NTV” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Məxfi Xidmətinin məlumatında bildirilir.

 

Məlumata görə, binaya daxil olmağa çalışan şəxs saxlanılıb.

 

“Naməlum şəxs Ağ Evin Pensilvaniya avenyu küçəsindəki şimal hasarının yanında yerləşən velosiped dirəyinin üzərindən tullanaraq əraziyə daxil olmağa çalışıb. Şübhəli şəxs saxlanılıb”, - deyə ABŞ Məxfi Xidmətinin “Twitter”dəki səhifəsində bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR