Tramp "mübahisəli Lavrov görüşü"ndən danışdı

ABŞ prezidenti Donald Tramp bu dəfə bəzi gizli məlumatları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bölüşməkdə günahlandırılır. "Washington Post" nəşrinin bu mövzudakı xəbəri ölkənin paytaxtında böyük bir mübahisəyə yol açıb.

 

APA TV "Euronews"a istinadən xəbər verir ki, iddia ilə bağlı yenə sosial mediada açıqlama verən D.Tramp S.Lavrovla məlumat paylaşdığını rədd etməyib, əksinə, buna haqq qazandıraraq "terrorla mübarizədə və hava təhlükəsizliyi sahəsində müəyyən məlumatlar bölüşdük və prezident olaraq bunu etməyə ixtiyarım çatır" fikirlərini bildirib.

 

Trampın bu cavabı müzakirələrə son qoymaq məqsədi daşısa da, prezidentin Rusiya ilə gizli əlaqələri mövzusuna daha bir sual əlavə etmiş olub. Hətta Trampa partiyası daxilində də reaksiyalar artıb. Bundan sonra konqress üzvləri məlumatlara aydınlıq gətirilməsi üçün prezidentlə rusiyalı diplomatın görüşünə dair protokolu Ağ Evdən tələb edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR