Fransada yeni hökumət üçün 48 saat vaxt verilib

Fransada yenicə prezident seçilmiş Emmanuel Makron hökumətə rəhbərlik edəcək yeni baş nazirin adını açıqlayıb. Bu, Eduard Filipp olacaq.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Havr şəhərinin bələdiyyə başçısı olan Filipp parlament üzvü olmaqla yanaşı, mərkəz sağ Respublikaçılar partiyasının üzvüdür.

 

Partiya seçimlərinə qədər köhnə baş nazirlərdən Alen Jüppenin katibi olan Filippin yeni kabinetin tərkibini 48 saat içərisində açıqlayacağı gözlənilir.

 

Həm sağ, həm də sol seçicilərdən səs alan Makronun çalışacağı ilk kabinet böyük əhəmiyyət daşıyır. Ölkə 11 və 18 iyun tarixlərində ümumi seçki üçün səsvermədə iştirak edəcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR