Taekvondoçu Yaprak Eriş: "Türkiyədən olsam da, özümü azərbaycanlı kimi hiss edirəm"

"Türkiyəli taekvondoçu ilə döyüşmək daha çətin idi. Onu məğlub etməli idim ki, Azərbaycana gəlməyimin haqqını verim". APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında 57 kiloqram çəki dərəcəsində IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, taekvondoçu Yaprak Eriş deyib. O, yarışları qələbə ilə başa vurduğuna çox sevindiyini bildirib.

 

"Birinci döyüşüm pakistanlı taekvondoçu ilə idi. Onu yüksək xalla uddum. İkinci döyüşüm çətin idi, iranlı taekvondoçuya qarşı döyüşməli idim. Finalda Türkiyə təmsilçisinə qalib gələrək, çempion oldum. Çempion olmağıma görə çox xoşbəxtəm. Türkiyəli olsam da, özümü azərbaycanlı kimi hiss edirəm.  Türklə döyüşüm daha çətin idi, udmalı idim ki, Azərbaycana gəlməyimin haqqını verim".

 

 

Kişi taekvondoçuların yarışında 54 kiloqram çəki dərəcəsində gümüş medal qazanmış Qaşim Maqomedov final döyüşündə məğlub olmağının səbəblərini açıqlayıb:

 

"Burada hər şey qəflətən baş verir, təcrübədən asılı deyil. Hər şeyi bir zərbə həll edir. Mən birinci dəfə  idi ki, onunla dayanqa çıxırdım. İlk döyüşüm pakistanlı taekvondoçu ilə oldu. Güclü olmasına baxmayaraq, qələbə  qazanmağı bacardım. Özbəkistanlı idmançı ilə döyüşüm isə doğrudan da çətin keçdi. Yarımfinalda isə türk idmançı ilə qarşılaşdım. O, əvvəldən zədə almışdı deyə döyüş o qədər çətin olmadı. Zalda ab-hava çox gözəl idi. Özümü Olimpiya çempionu kimi hiss edirdim. Uşaqlar mənə yaxınlaşırdı, insanlar şəkil çəkdirmək istəyirdilər".

 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışlarına bu gün start verilib. Taekvondoçularımız yarışların ilk gününü 1 qızıl və 1 gümüş medalla başa vurublar.   

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR