Tramp: "ABŞ terrorla mübarizədə Türkiyəni dəstəkləyir"
ABŞ PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə Türkiyəni dəstəkləyir.
APA TV-nin “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.
“Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik”, - deyə Tramp qeyd edib.
Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.
O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi