Taekvondoçular İslamiadaya qızıl medalla start verdi

Azərbaycan taekvondoçuları IV İslam Həmrəyliyi Oyunlarında ilk medalları qazanıblar. APA TV-nin məlumatına görə, qadınlar 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Eriş Yaprak bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Türkiyə təmsilçisi Dürdanə Altunellə qarşılaşan taekvondoçumuz rəqibini 5-4 hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.

 

Kişi taekvondoçular arasında 54 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşim Maqomedov da finala yüksəlməyi bacarıb. Maqomedovun iranlı taekvondoçu Çehdi Eşaqi ilə görüşü gərgin keçib. İlk üç raund 21-21 hesabı ilə başa çatıb. Hakimlər qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin ediblər. Əlavə vaxtda iranlı taekvondoçunun zərbələri daha dəqiq olub, nəticədə Qaşim Maqomedov gümüş medalla kifayətlənməli olub.

 

Qaliblərə medalları Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov təqdim edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR