Açarın surətini çıxarıb qohumunun evini yardı
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsi əməkdaşları mayın 3-də Yeni Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində törədilmiş oğurluğun üstünü açıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən evdən 4500 manat pul və 4000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əsədov tutulub. Qeyd edək ki, V.Əsədovun oğurluq etdiyi ev öz qohumuna məxsus olub.
Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirakının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi