Lunyov qızıl medalların sayını 4-ə çatdırdı

Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında bu gün daha 3 medal qazanıblar. Atıcılıq yarışlarında Ruslan Lunyov 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada 240,7 bal toplayaraq birinci olub. Bu, Lunyovun IV İslam Həmrəyliyi Oyunlarında qazandığı sayca 4-cü qızıl medaldır.

 

Atıcılıq komandamızın digər üzvü Nigar Nəsirova da medal qazanıb. 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada 211,5 bal toplayan Nəsirova bürünc medalı təmin edib.

 

Para atletikaçımız Samir Nəbiyev isə kişilər arasında nüvə itələmə yarışında 13.95 göstərici ilə birinci olub.

 

Qeyd edək ki, bu gün gündüz sessiyasının yekunlarına əsasən, Azərbaycan idmançılarının hesabında 71 medal var, onlardan 35-i qızıl medaldır.  

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR