Berluskoni Makrona "ilişdi"

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Fransanın yeni prezidenti Emmanuel Makronun yaşca həyat yoldaşından kiçik olmasına söz atıb.

 

APA TV-nin  məlumatına görə, Berluskoni yeni prezidenti "yaxşı iş təcrübəsi olan dəliqanlı" adlandırıb.

 

"Yaxşı iş təcrübəsi olan 39 yaşlı gənc bir dəliqanlıdır və hamısından da önəmlisi hələ uşaq ikən onu qollarında böyüdən cazibədar bir anası var", - deyə o qeyd edib.

 

Etdiyi zarafatlarla və siyasi qalmaqallarla məşhur olan 80 yaşlı Berluskoninin özündən 49 yaş kiçik Francesca Pascale ilə sevgili olmasına rəğmən, bu sözləri deməsi diqqət çəkib.

 

Qeyd edək ki, Napoleondan bəri Fransanın ən gənc lideri olan 39 yaşlı Makron liseydə müəlliməsi olmuş, özündən 24 yaş böyük Bricit Tronyo ilə evlidir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR