Qızına söz atan 26 yaşl oğlanı güllələdi
Oğuz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə noyabr ayının 19-da Oğuz rayonunun Muxas kəndində qeydə alınıb. Kənd sakini, 55 yaşlı BünyaminYusifov kəndin mərkəzində 12 çaplı ov tüfəngi ilə həmkəndlisi, 26 yaşlı Rüfət Salamova atəş açaraq öldürüb. BünyaminYusifov qətli törətdikdən sonra hadisə yerindən qaçıb.
Oğuz rayon Polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində Bünyamin Yusifov kənd ərazisində meşə zolağında tutularaq istintaqa təhvil verilib.
O, ilkin dindirmə zamanı Rüfət Salamovu qızına söz atdığı üçün qətlə yetirdiyini deyib.
Faktla bağlı Oğuz rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
639
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
663
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
861
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2167
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2140
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1967