Bakıda yeni virus yayılıb - HƏKİM MƏSLƏHƏTİ
Son günlər əhali arasında yüksək hərarət, öskürək, ishalla müşahidə olunan virus infeksiyası yayılıb. Bu simptomlar isə özünü daha çox uşaqlarda göstərir. Öskürəklə başlayan virus infeksiyası sonradan yüksək temperatur, ürək bulanma, qusma halları ilə davam edir.
Həkim terapevt Kəmalə Ağayeva APA TV-yə bildirib ki, bu, yuxarı tənəffüs yollarının kəskin virus infeksiyasıdır. Əsasən hava-damcı yolu ilə keçir: "Bu qrip deyil. Zökəm əlamətləri ilə yüksək temperatur ümumi halsızlıq, ürək bulanma, qusma, bəzi xəstələrdə ishal, sümük-oynaq sistemində ağrılar, kəskin halsızlıq və s. bu kimi əlamətlərdən davam edən bir virus infeksiyasıdır. Bütün virus infeksiyaları kimi, bu da yoluxucu xəstəlikdir. Hava-damcı yolu ilə keçir. Uşaqlar arasında daha çox yayılıb".
Bu cür xəstəliklərdə yataq rejiminə riayət etməyin vacib olduğunu deyən həkimin sözlərinə görə, virusun yayılmasında əsas səbəblərdən biri də hazırkı hava şəraitinin fəsilə uyğun olmamasıdır: "Eyni zamanda da yazdan çıxıb insan orqanizmi, buna görə vitaminləşmə, immun sistemi zəifləyir. İmmun sistemi zəifləyəndə də hər hansı bir qıcıqlandırıcı amil, virus infeksiyası ilk təkanverici rol oynayır. Bizim yuxarı tənəffüs yollarımızda minlərlə saprofik mikroblar var. Artıq immun sistemi zəiflədiyi üçün və təkanverici amil şərait yaratdığı üçün həmin bakterial infeksiyalar ağırlaşa bilər. İstər uşaqlar, istərsə də böyüklər mütləq həkimə müraciət etməlidir. Aparılan müalicələr nəticəsində, adi qan ümumi müayinəsindən biz bunun viral infeskiya olmağını, yaxud bakterial ağırlaşmalarla müşahidə olunmasını ayırd edirik".
Terapevt bildirib ki, bəzi hallarda yüksək hərarət 1 həftəyə kimi davam edir. Bu müddətdə isə dərman qəbul etmək lazımdır. Həkim əlavə edib ki, ümumi halsızlıq və öskürək, xroniki faringit əlaməti olaraq yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində uzunmüddətli öskürək qalır ki, bunu da simptomatik müalicə üsulu ilə aradan qaldırmaq mümkündür: "Yuxarı tənəffüs yollarının kəskin viral infeksiyası olduğuna görə, qıcıqlanma allergiyası olan şəxslərdə də yuxarı tənəffüs yolları burundan başlamış, ağız, udlaqda daim qıcıqlanma halları olur ekzogen amillərə, antigen maddələrə qarşı. Ona görə də onlarda öskürək bir az uzun müddətli olur. Əgər dərmana qarşıdırsa allergiya, fərdi həssaslığı nəzərə alaraq ya bitki mənşəli, ya da təbii vasitələrdən istifadə etməklə simptomatik müalicə görülür".
Kəmalə Ağayeva deyib ki, mütləq şəkildə qidalanmaya diqqət etmək lazımdır. Çoxlu maye qəbul etmək, C vitaminləri ilə zəngin meyvələr yemək vacibdir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi