Maşınla atasının üstündən keçdi - SUMQAYITDA TÜKÜRPƏDİCİ CİNAYƏT

Azərbaycanda tükürpədici cinayətin üstü açılıb.

 

APA TV-nin DİN-in saytına istinadən xəbərinə görə, mayın 14-də saat 17:00 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

 

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin "VAZ-2107" markalı avtomobillə törədilməsi müəyyən edilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.


Faktla əlaqədar cinayət işi başlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR