8 maddə ilə axtarışda olan şəxs: "Kameraya deyəcək sözüm yoxdur"

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat  zamanı axtarışda olan rayon sakini həbs edilib.

 

Şöbənin İstintaq bölməsinin rəisi Eldar Məmmədov APA TV-nin cənub bürosuna bildirib ki, saxlanılan şəxs Cinayət Məcəlləsinin 8 maddəsi üzrə axtarışda olan 40 yaşlı Xəqani Əhmədlidir: "Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan cinayət əməllərinə görə məhkum olunmuş Cəlilabad şəhər sakini Əhmədli Xəqani Nizami oğlu tutulmuşdur. Hazırda onun barəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin quldurluq, soyğunçuluq, hədə-qorxu ilə tələb etmə maddələri ilə cinayət işi açılıb".

 

Məlum olub ki, Xəqani Əhmədli müxtəlif vaxtlarda həmyerliləri Zamiq Rzayev və digər  şəxslərlə  qabaqcadan əlbir olaraq rayon sakini Xəyal Həsənova hədə-qorxu gələrək onun 3500 manat pulunu mənimsəyib. Qrup üzvləri Yardımlı rayon sakinindən də zorakılıq yolu ilə 5300 manat pul əldə edib.

 

Saxlanılan şəxs kameraya danışmaq istəməyib: "Kameranı yığışdırın burdan, mənim kameraya deyəcək sözüm yoxdur, a kişi, eşitdin nə dedim?"

 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR