Rusiya ABŞ dövlət istiqrazlarını almağa 100 milyard dollar xərcləyib
Rusiya mart ayında 13,5 milyard dollar həcmində ABŞ dövlət istiqrazları alıb. APA TV-nin məlumatına görə, bununla da Rusiyanın əlində olan ABŞ qiymətli kağızlarının həcmi 99,8 milyard dollara çatıb.
ABŞ Maliyyə Nazirliyinin bu gün açıqladığı hesabata görə, Birləşmiş Ştatların kreditorları sırasında Rusiya 15-ci yerdədir. Bu siyahıda ilk yeri 1,12 trilyon dollarlıq səhmə sahib Yaponiya tutur. Sonrakı yerlərdə müvafiq olaraq 1,09 trilyon dollarla Çin, 315 milyard dollarla İrlandiya, 259,5 milyard dollarla Braziliya tutur.
ABŞ-ın dövlət səhmlərinin iri alıcıları sırasında İsveçrə, Böyük Britaniya, Lüksemburq, Honkonq və Tayvan da var.
OXŞAR XƏBƏRLƏR
10:29
79
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
862
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
886
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1652
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1144
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1103