Tramp kəşfiyyat məlumatlarını Lavrova ötürməkdə suçlanır - İMPİÇMENT TƏLƏBİ
ABŞ mətbuatı prezident Donald Trampı İŞİD terror təşkilatı ilə bağlı informasiyaları Rusiyanın xarici işlər naziri Sergey Lavrova ötürməkdə ittiham edir.
APA TV-nin məlumatına görə, Trampın "çox gizli məlumatları" Lavrovla Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakı keçən həftə Oval Ofisdə qəbul etdiyi vaxt verdiyi iddia olunur.
"Washington Post" qəzeti məlumatların ABŞ-a bir müttəfiq ölkə tərəfindən Rusiya ilə bölüşməmək şərti ilə verildiyini yazır. Qəzet iddiasını hazırda vəzifədə olan və sabiq rəsmilərin verdiyi məlumatlarla əsaslandırır. Trampın ötürdüyü məlumatların isə İŞİD-lə bağlı ciddi kəşfiyyat mənbəyini təhlükəyə atdığı qeyd olunur.
Trampın görüş zamanı "Müdhiş məlumatlar alıram. Hər gün ciddi kəşfiyyat informasiyaları verirlər" - deyərək öyündüyü önə sürülür.
Ancaq görüşdə iştirak edən Ağ Ev rəsmiləri Trampın, sadəcə, terrorizmlə bağlı narahatlıqlarını diqqətə çatdırdığını deyir. Trampın milli təhlükəsizlik üzrə müşaviri Herbert McMaster qəzetin iddiasını "yalan" adlandırıb. "Görüşdə heç bir kəşfiyyat qaynağı, ya da üsulu müzakirə olunmadı. Toplumun bilmədiyi heç bir hərbi əməliyyat deşifrə olunmadı" - deyə o əlavə edib.
Demokrat və respublikaçı senatorlar xəbərlər təsdiqlənəcəyi təqdirdə, hadisəni "təhlükəli" kimi qiymətləndirib.
Harvard Universitetinin professoru Laurens Trayb isə Trampa qarşı impiçment tətbiq edilməsi çağırışını edib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi