Səudiyyə və Rusiyanın razılaşması nefti bahalaşdırır
Səudiyyə Ərəbistanı və Rusiya arasında əldə olunan razılaşma birjalarda neftin qiymətini stimullaşdırmaqda davam edir.
APA TV-nin xəbərinə görə, razılaşmadan sonra son 24 saat ərzində “Brent” markalı neftin maksimum qiyməti 52,52 dollara çatıb, Qərbi Texas neftinin ən yüksək qiyməti isə 49,56 dollar olub.
Səhər seanslarında qiymətlər nisbətən sabitləşib. Hazırda “Brent” nefti 51,97 dollardan satılır, Qərbi Texas nefti isə 49 dollara təklif olunur.
Bu gün Beynəlxalq Enerji Agentliyi dünya neft bazarında son duruma dair hesabatı açıqlayacaq. Bundan başqa Amerika Neft İnstitutu ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair ənənəvi həftəlik hesabatı açıqlamalıdır. Bu hesabat qeyri-rəsmi xarakter daşıyır və daha çox proqnozlara əsaslanır. Hər iki hesabat birjalarda neftin qiymətinin müəyyənləşməsində önəmli rol oynayır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi