İslamiada, 15 may: Azərbaycan medalların sayını 68-ə çatdırdı

IV İslam Həmrəyliyi Oyunlarında yarışların üçüncü gününə yekun vurulub. Azərbaycan millisi günü 18 medalla tamamlayıb. APA TV-nin məlumatına görə, idmançılarınız 9 qızıl, 6 gümüş və 3 bürünc mükafat əldə edib. Bu medallardan 10-u idman gimnastikasında qazanılıb. Cüdo, atıcılıq, üzgüçülük və atletikada də təmsilçilərimiz uğur əldə etməyi bacarıb. Bununla, yığmamızın İslamiadadakı ümumi qazancı 68 medala çatıb. 33 qızıl, 23 gümüş və 12 bürüncü olan Azərbaycan millisi iki gün lideri olduğu komanda hesabında 2-ci pilləyə enib. Zirvəyə isə qonşu Türkiyə yüksəlib. Komanda hesabında üçüncü yerdə Özbəkistan gedir, bu ölkənin idmançıları 6-sı qızıl olmaqla 30 medal qazanıblar.

 

Ümumilikdə isə indiyədək 100 medal dəsti sahibini tapıb. 24 ölkə mükafat, 14-ü çempionluq sevinci yaşayıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR