Turistlər: "Bakının belə gözəl olduğunu bilmirdik" - REPORTAJ
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizə turist axınına səbəb olub. APA TV-nin xəbərinə görə, onların əksəriyyəti, gözlənildiyi kimi, müsəlman ölkələrinin vətəndaşlarıdır.
Yarışları izləmək üçün paytaxtımıza gələn turistlər belə böyük miqyaslı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsini yüksək dəyərləndirirlər:
- İslam Oyunları bütün İslam dünyasını birləşdirən hadisədir. Bu yarışların keçirilməsi İslam həmrəyliyinə öz töhfəsini verəcək.
- Bu, Bakının qüdrətini göstərir. İslam Oyunlarının Bakıda keçirilməsi təqdirəlayiqdir. Bu hadisə tək Bakı üçün deyil, bütün dünya üçün əhəmiyyətlidir.
- Bizim yığmamız İslam Oyunlarında iştirak edir. Onlara dəstək olmaq üçün gəlmişəm. İslam Həmrəyliyi oyunlarının keçirilməsi müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsinə töhfə verir.
- Sülh, əmin-amanlıq və sabitlik ölkəsi olan Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları idman tarixinə yeni səhifə yazacaq.
İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə təşkil olunan yarışları izləməyə gələn turistlər Bakıya vurğun olduqlarını deyirlər:
- İlk dəfədir Bakıya gəlirəm. Çox gözəl şəhəriniz var, insanlarınız çox qonaqpərvərdirlər. Mətbəxinizə isə söz ola bilməz.
- Bakının belə gözəl olduğunu bilmirdim. Hər şey çox gözəldir. Bakını çox sevdim.
- Çox gözəldir Bakı. İnsanlarınız çox mehribandır. Bakı gözlədiyimdən də gözəl və müasir bir şəhərdir. Restoranlarınız çox gözəldir.
- Bakının sevdim, çünki şəhərdə mədəniyyət, binalarınız çox gözəldir.
Bakının gözəlliyinə heyran olan turistlərin əksəriyyəti Azərbaycanın paytaxtına bir daha gələcəyini deyir. Onlar ölkənin gəzməli-görməli yerlərinə də səfər etmək istəyirlər.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi