Çinlə Gürcüstan birgə bank yaradır - 1 MİLYARDLIQ MÜQAVİLƏ

Pekində Çin və Gürcüstan arasında Gürcüstanın inkişafı məqsədilə ölkədə yeni bankın yaradılması məqsədilə razılaşma imzalanıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənədə "Eyni qurşaq - eyni yol" forumu çərçivəsində imza atılıb.

 

Razılaşmaya görə, yeni yaradılacaq bankın nizamnamə kapitalı 1 milyard, məcmu kapitalı isə 300 milyon dollar təşkil edəcək. Bankın təsisçisi qismində isə "China Energy Company Limited" və "Eurasian Invest LLC" kimi nəhəng korporasiyaları çıxış edir.

 

Sənədi Gürcüstan tərəfdən maliyyə Naziri Dmitri Kumsişvili imzalayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR