Cüdo yığmamızdan 2 medal: kişi yığmamız qızıl, qadın yığmamız gümüş medal qazandı

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına yekun vurulub. Bu gün komanda yarışlarında mükafatçılar məlum olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın kişilərdən ibarət cüdo yğıması bütün rəqiblərə qalib gələrək finala yüksəlib.

 

Finalda Əlcəzair yığması ilə üz-üzə gələn milli komandamız son görüşdə qələbəni təmin edib. Həlledici görüşdə Uşanqi Kokaurinin qazandığı qələbə millimizə qızıl medal qazandırıb.

 

Qadınlardan ibarət cüdo yığmamız isə gümüş medalla kifayətlənib. Finala yüksəlməyi bacaran qadın yığmamızın üzvləri həlledici görüşdə Türkiyə millisinə komanda hesabında 3-2 məğlub olaraq gümüş medal qazanıblar.

 

Qeyd edək ki, cüdoçularımız IV İslam Həmrəyliyi Oyunları çərçivəsində fərdi yarışlarda 6 qızıl, 7 gümüş medal qazanıblar. Komanda hesabında qazanılan medalları da əlavə etsək, cüdoçular yarışları 15 medalla başa vurublar.  

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR