Məleykə Abbaszadə qəbul keçirdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Quba rayonunda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşüb. APA TV-nin xəbərinə görə, görüş zamanı komissiya sədri onların müraciətlərini dinləyib. Qəbulda 14 vətəndaş iştirak edib.
Müraciətlər əsasən, bölgə əhalisinin təhsil, təlim-tərbiyə sahəsində qarşılaşdıqları çətinliklərlə bağlı olub. Bundan başqa, sakinlər komissiya sədrinə orta məktəblərdə buraxılış imtahanları ilə bağlı təkliflərini, qəbul imtahanlarına dair rəy və sorğularını bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyati qurumlara göndəriləcək və vətəndaşların problemlərinin həllinə çalışılacaq.
OXŞAR XƏBƏRLƏR
19:44
639
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
663
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
861
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2167
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2140
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1967