Merkel: "İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik"
"İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik".
APA TV-nin NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya federal kansleri Angela Merkel Türkiyənin bu ölkənin deputatlarının "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, İordaniya "İncirlik" üçün alternativ ola bilər.
Ankaranın bu addımı atmasına səbəb kimi Almaniyanın Türkiyədə "Fətullahçı Terror Təşkilatı"na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir.
Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. Ötən il Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik"i ziyarət etməsinə icazə verməmişdi.
Qeyd edək ki, "İncirlik" aviabazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi