Lunyov 3-cü qızıl medalı aldı, ağırlıqqaldıran qadınlarımızdan 2 medal gəldi
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.
APA TV-nin məlumatına görə, atıcılıq üzrə yığmamızın üzvü Ruslam Lunyov yarıpşların 3-cü günündə 3-cü qızıl medalını qazanıb.
Atıcımız 25 metr məsafədən standart tapança ilə atəş açmaqda 573 xal toplayaraq qızıl medalı təmin edib.
Bu yarışlarda mübarizə aparan digər təmsilçilərimiz Əli Hüseynli və Aydan Camalova da komanda hesabımıza daha bir qızıl medal yazdırıblar. Qarışıq komanda halında səngər stendində idmançılarımız rəqiblərindən sərrast atəş açaraq, 43 xalla qızıl medala yiyələniblər.
Bu, atıcılarımızın IV İslam Həmrəyliyi Oyunlarında qazandığı sayca 5-cü medaldır. Dünən keçirilən yarışlarda atıcımız Şəfəq Əmrahova gümüş medal qazanmışdı.
Ağırlıqqaldırma idman növü üzrə yarışlarda da Azərbaycanın hesabına iki medal yazılıb. 69 kiloqram çəki dərəcəsində mübarizə aparan qadınların yarışında atletimiz Anastasiya İbrahimli birdən qaldırma hərəkətində 100 kiloqram, təkanla qaldırmada isə 119 kiloqram qaldıra bilib. Ümumilikdə 219 kiloqram nəticə göstərən atletimiz bu çəkidə qızıl medal qazanıb.
63 kiloqram çəki dərəcəsində mübarizə aparan qadınların yarışında isə Elnarə Abbasova toplam 184 kiloqram nəticə göstərərək üçüncü olub.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA