Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi
Bakıda taksi sürücüsünə qarşı törədilən quldurluq əməlinin üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 12 may 2017-ci il tarixində tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı xahiş edib. Qeyd edilən ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünə hədə-qorxu gələrək pul tələb ediblər.
Məlumat daxil olan kimi Xəzər RPİ və 2-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadə tutulublar.
Qeyd edək ki, araşdırmalar zamanı saxlanılan şəxslərin həmin gün Asim Məmmədov adlı başqa bir taksi sürücünə qarşı da soyğunçuluq edərək onun mobil telefonunu əlindən aldıqları məlum olub.
Saxlanılan şəxslər ifadələri zamanı taksi sürücülərinə qarşı həyata keçirdikləri cinayətləri etiraf ediblər. Qeyd edək ki, hadisə zamanı sürücü R.Hüseynovu iplə boğmağa cəhd edən E.Rəhimov olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər RPİ-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA