Putin: "İŞİD-lə mübarizədə Suriya kürdləri "açar" qüvvədir"
xRusiya prezidenti Suriyanın şimalındakı PYD/YPG qruplaşmasını İŞİD-ə arşı mübarizədə alternativsiz qüvvə adlandırıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Vladimir Putin bu sözləri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Pekində qısa görüşdən sonra açıqlayıb.
Suriyadakı Rusiya hərbi kontingentinin kürd silahlı qruplaşmaları ilə əlaqəni davam etdirəcəyini vurğulayan Kreml rəhbəri onlara silah yardımı etmədiklərini də bildirib. Putin bunun Ankara ilə münasibətlərə xələl gətirməmək üçün edilmədiyini də gizlətməyib: "Biz başqa ölkələri kimi kürdlərə silah yardımı etmirik. Onların da buna ehtiyacının olmadığını düşünürəm. Onsuz da silah alacaq başqa mənbələri var".
Putin Türkiyə üçün həssas olan məsələlərdə diqqətli olmağın vacibliyini deyib: "Türkiyə prezidenti ilə bu haqda danışmışıq. O, Soçidə mənə narahat olduqlarını bildirib".
Xatırladaq ki, ötən həftə ABŞ Türkiyənin terror qruplaşması elan etdiyi PYD/YPG-ni ilk silah partiyası ilə təchiz edib. Öz növbəsində Ərdoğan bu addımı pisləyib və məsələni mayın 16-da Ağ Evdə Donald Trampla son dəfə müzakirə edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA