Maşın aşdı, ana və qızı öldü - DƏHŞƏTLİ QƏZA

Bu gün Siyəzən rayonu ərazisində baş verən qəza ana və qızı dünyasını dəyişib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 101-ci km-də qeydə alınıb.

 

“Changan” markalı minik avtomobilinin aşması nəticəsində Natəvan Hüseynova və onun qızı Aytən hadisə yerində dünyasını dəyişib.

 

İki nəfər isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Həkim İlqar Osmanov bildirib ki, yaralanan şəxslər Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır. Kənan Şükürovun vəziyyəti ağırdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR