İncildən möcüzə göstərmək istədi, timsahlara yem oldu - KEŞİŞİN FACİƏSİ

Zimbabvedə timsah "İsa möcüzəsi" göstərəcəyini iddia edən keşişi yeyib.

 

APA TV-nin "Daily Mail" nəşrinə istinadən xəbərinə görə, Conatan Mtxetvu kütlə qarşısına çıxaraq, İncildən "möcüzə" göstərəcəyini deyib, daha sonra isə suya baş vurub.

 

Sahilə çıxmağa hazırlaşarkən ona üç timsah hücum edərək bir neçə saniyədə parçalayıb. Hadisə yerinə təcili yardım gəlsə də, keşişi timsahların ağzından xilas etmək mümkün olmayıb.

 

Keşişin tələbələrindən biri hadisə barədə danışarkən bunları deyib: "Biz hadisənin necə baş verdiyini anlamadıq. Çünki Mtxetvu bütün həftəni ibadətlə keçirirdi, timsahlar isə onu bir neçə dəqiqədə parçalayıb uddu".

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR