Kürdəmirdə iki maşın toqquşdu, biri aşdı
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakı-Qazax əsas magistral yolunun 185-ci kilometrliyində Kürdəmir rayon sakini, 1964-cü il təvəllüdlü Əfrayıl İsrafil oğlu Həşimovun idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə Bakının Qaradağ rayon sakini Orxan Vaqif oğlu Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobil toqquşub.
Zərbənin gücündən "VAZ" yoldan çıxaraq aşıb. Nəticədə "VAZ-2107" markalı maşında olan Kürdəmir rayon sakinləri -37 yaşlı Rəşidə Arif qızı Şıxəliyeva, 58 yaşlı Qarakişi Əhməd oğlu Quliyev, 24 yaşlı Ruhanə Elçin qızı Cəbrayılova və 36 yaşlı Sveta Çingiz qızı İsmayılova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA