Səudiyyə və Rusiyanın cəhdləri: NEFT BAHALAŞIR

Dünya bazarında neftin qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın enerji nazirlərinin OPEK-in istehsalın azaldılması razılaşmasının 9 ay daha uzadılması barədə açıqlamasından sonra iki həftənin ən yüksək səviyyəsinə qalxıb.

 

APA TV-nin xəbərinə görə, Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih rusiyalı həmkarı ilə birgə açıqlamasında neft istehsalına kvota qoyulmasının təsirinin davam etdiyini, ancaq OPEK və müttəfiqlərinin hədəflədiyi səviyyədə olmadığını bildirib. Nazirlər razılaşmanın 2018-ci ilin əvvəllərinə qədər uzadılması barədə qərara gəldiklərini açıqlayıb.

 

Hazırda birjalarda "Brent" nefti 51,61 dollardan təklif olunur. Ötən həftənin son  satışlarında bu markadan olan neft 51 dollardan ucuz satılırdı.

 

WTİ markalı neft də bahalaşıb. Qərbi Texas nefti şənbə günü 47,90 dollardan satılırdısa, hazırda 48,60 dollardan təklif olunur.

 

Mütəxəssislər bahalaşmanın qısa müddətli ola biləcəyini, 60-70 dollara çıxa bilməyəcəyini də düşünürlər.

 

ABŞ-da qaya neftinin istehsalının artması, Liviyada və Nigeriyada istehsalın artmasına dair xəbərlər 24 ölkənin istehsalın məhdudlaşdırılmasına sərf etdiyi əməyin təsirini azaldır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR