Bu gün kiberhücumların yeni dalğası gözlənilir
Həftənin birinci günü insanların işdə olduğu vaxt kiber hücumların yeni dalğası baş tutacaq.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, bu barədə xəbərdarlığı Avropolun rəhbəri Rob Ueynrayt Böyük Britaniyanın ITV telekanalına müsahibəsi zamanı bildirib.
Ötən həftənin cümə günü baş vermiş kütləvi kiber hücumun araşdırılması üçün xüsusi qrup yaradılıb. Ancaq cinayətkarların yerinin və xüsusilə də şəxsiyyətlərinin müəyyənləşdirilməsi Avropol üçün ciddi problemə çevrilib.
Məlumata görə, 200 mindən çox şəxsi istifadəçilər və azı 150 ölkədən olan özəl şirkətlər birinci hücumlardan ziyan görüb. Elektron virusa yoluxdurma cəhdləri əsasən İndoneziya şirkətlərinə, Rusiyanın Daxili İşlər Nazirliyinə, Fransanın "Renault" avtomobil şirkətinə və Amerikanın "FedEx" poçt xidmətinə edilib.
Kiber hücumlardan ziyan görən kompüterlərin hamısı "Windows" əməliyyat sistemində çalışan qurğular olub. Qurğuların sındırılması hakerlərə 600 dollara başa gəlib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA