Pxenyan daha bir raketini sınaqdan keçirdi
Şimali Koreya yeni bir ballistik raket sınağını həyata keçirib.
APA TV "Euronews"a istinadən xəbər verir ki, 30 dəqiqə havada qalan və 700 kilometr məsafə qət edən raket daha sonra dənizdə partlayıb. ABŞ-ın Sakit okean hərbi qüvvələri nümayəndəliyinin açıqlamasına görə, həmin raket paytaxt Pxenyanın şimal qərbində yerləşən Kusonq şəhərindən atılıb.
Raket sınağını ABŞ-la yanaşı Yaponiya da qınayıb. Yaponiyanın baş naziri Sindzo Abe "şiddətli xəbərdarlıqlara baxmayaraq daha bir ballistik raket sınağı reallaşdırılmasını qəbuledilməz" adlandırıb.
OXŞAR XƏBƏRLƏR
10:29
174
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
884
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
898
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1656
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1148
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1106