Tillerson həqiqəti dedi: "Rusiya ilə münasibətlər ən aşağı səviyyədədir"

Rəsmi Moskva ilə Vaşinqtonun münasibətləri soyuq müharibənin sonundan etibarən ən aşağı səviyyəyə çatıb.

APA TV-nin "Rosbalt"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib. R.Tillerson bildirib ki, Rusiya ilə münasibətlərə "ağ səhifə"dən başlamaq mümkün deyil.
 
"Düşünürəm ki, "münasibətlərin yenilənməsi" ifadəsi nadir hallarda istifadə olunur. Çünki keçmişi silib hər şeyi yenidən başlamaq çox çətindir. Biz münasibətlərə hazırda dayandığımız yerdən başlaya bilərik", - NBC telekanalına müsahibəsində R.Tillerson belə deyib.

Dövlət katibinin sözlərinə görə, Rusiya və ABŞ, "prezident seçkiləri öncəsi müdaxilə" də daxil olmaqla, "geniş suallar dairəsi"ni müzakirə etməlidir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR