Elmar Qasımov: "Kimin qalib gəlməsinin nə fərqi var, yekunda Azərbaycan qalib gəldi"

“Ölkəmizdə keçirilən İslamiadada cüdo yığmamız öz sözünü deyərək xalqımızı sevindirdi. Belə görüşlərdə bir səhv hər şeyi həll edir”. APA TV-nin məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında İslamiadanın qızıl mükafatçısı Elxan Məmmədov deyib.

 

100 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda digər həmyerlimiz Elmar Qasımova qalib gələrək qızıl medala yiyələnib.

 

35 yaşlı cüdoçu karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı suala konkret cavab verməyib:

 

“Bunu zaman göstərər. Hər günün öz hökmü var. Gücüm var, güləşə bilərəm. Cüdonu sevirəm”.

 

Finalda Elxan Məmmədova məğlub olaraq gümüş medal qazanan cüdoçumuz Elmar Qasımov görüşün yaxşı keçdiyini deyib:

 

“Elxan Avropa və dünya çempionudur. Görüş yaxşı görüş keçdi, kimin qalib gəlməsinin nə fərqi var? Mən, ya Elxan?! İkimizdə azərbaycanlıyıq, bu görüşdə Azərbaycan qalib gəldi”.

 

Cüdo yarışlarında 90 kq çəki dərəcəsində qızıl medal qazanan Məmmədəli Mehdiyev finaldakı rəqibinin çox güclü olduğunu deyib:

 

“Finaldakı rəqibim çox güclü idi. Onunla 4 dəfə qarşılaşmışdım. Sonuncu dəfə mən onu məğlub etmişdim. Prinsipial görüş idi. Yenə qalib gəlməli idim”.

 

İdmançımız bildirib ki, çox adam onun qızıl medal qazanacağına inanmırdı:

 

“Çoxu inanmırdı, çoxu istəmirdi. Müəllimlərin qərarı ilə döyüşə çıxdım. Həmin insanlara da hər şeyi sübut etdim. Qələbəmə inanmayan insanlar olmasaydı, bəlkə heç qızıl medal qazanmazdım. Canları sağ olsun, məni dəstəklədilər”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR