İslamiadanın 2-ci günü: Azərbaycan idmançıları 45 medal qazanıb

IV İslam Həmrəyliyi Oyunlarında yarışların ikinci gününə yekun vurulub. Azərbaycan idmançıları yarışlarda ümumilikdə 45 medal qazanıblar. Qızıl medalların sayına görə Azərbaycan birini yerdədir - 23 medal.

 

Ümumilikdə yarışlarda ən çox medalı Türkiyəli atletlər qazanıb. Türk idmançılar 20 qızıl, 24 gümüş, 15 bürünc olmaqla ümumilikdə 59 medal qazanıblar. Komanda hesabında üçüncü yerdə İndoneziya gedir, bu ölkənin idmançıları 4-ü qızıl olmaqla 23 medal qazanıblar.

 

İki gün ərzində 24 ölkənin idmançıları medal qazanmağa müvəffəq olub, qızıl medal qazanan ölkələrin sayı isə 13-dür.

 

Sabah IV İslam Həmrəyliyi Oyunları çərçivəsində idman gimnastikası, cüdo, atıcılıq, üzgüçülük, tennis və ağır atletika yarışlarında medal dəstlərinin sahibləri müəyyənləşəcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR