Bədii gimnastlarımız Durunda və Piriyeva 7 medal qazandı

IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarına yekun vurulub. Yarışın son günündə fərdi mübarizədə 4 dəst medalın sahibi bəlli olub.

 

Halqa, top, gürzlər və lentlə çıxış iki idmançımız - Marina Durunda və Jalə Piriyeva ümumilikdə 7 medal əldə edib. Marina Durunda 2 qızıl, 1 gümüş və 1 bürünc, Jalə Piriyeva isə qızıl, gümüş və bürünc medala yiyələnib.

 

Marina Durunda qızıl medalı halqa ilə yarışlarda, Jalə Piriyeva isə topla hərəkətlərdə qazanıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR