Ayxan Mamayev IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı

Karate yığmamızın üzvü, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. Öz çəki dərəcəsində bütün görüşləri qələbə ilə başa vuran idmançımız finalda Türkiyə təmsilçisi Alparslan Yamanoğlu ilə qarşılaşıb. Görüş idmançımızın qələbəsi ilə başa çatıb. Bu çəki dərəcəsində bürünc medalları Özbəkistan karateçisi Əbdüləziz Ataboyev və misirli Mohammed Əl-Kotbi  qazanıblar

 

Qeyd edək ki, Ayxan Mamayevin qazandığı qızıl medal karate yığmamızın IV İslam Həmrəyliyi Oyunlarında qazandığı sayca 5-ci qızıl medaldır.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR