Cüdoda "Azərbaycan finalı" Elxan Məmmədovun qələbəsi ilə başa çatdı

Azərbaycanın cüdo yığmasının üzvləri Elxan Məmmədov və Elmar Qasımov IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin hesabına daha iki medal qazandırıblar. Kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılarımız bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Cüdonun Azərbaycan finalı gözlənildiyindən tez başa çatıb. Elxan Məmmədov ağrılı fənd işlətməklə Elmar Qasımov üzərində qələbəni vaxtından tez rəsmiləşdirib. Bununla da Elxan Məmmədov qızıl, Elmar Qasımov isə gümüş medala sahib olub.

 

Qeyd edək ki, bununla da IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə fərdi yarışlar başa çatıb. Cüdoçularımız bu yarışlarda 13 medal qazanıblar. Bu medallardan 6-cı qızıl, 7-si isə gümüş medaldır.

 

Sabah İslamiada çərçivəsində cüdo üzrə komanda yarışları keçiriləcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR