Karateçi İrina Zaretska 68 kiloqramda hamıdan üstün oldu - NÖVBƏTİ QIZIL MEDAL
Azərbaycanın qadınlardan ibarət karate yığmasının üzvü İrina Zaretska IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 68 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bütün görüşləri uğurla başa vuraraq finala yüksəlib. Finalda Türkiyə təmsilçisi Eltemur Eda ilə qarşılaşan İrina Zaretska rəqibini məğlub etməyi bacarıb. Qadın karateçilər arasında 68 kiloqram çəki dərəcəsində bürünc mükafatı misirli Nada Məhəmməd və iordaniyalı Hala Traiş qazanıblar.
Qeyd edək ki, İrina Zaretskanın qazandığı qızıl medal karateçilərimizin IV İslam Həmrəyliyi Oyunlarında əldə etdiyi sayca 4-cü qızıl medaldır.
OXŞAR XƏBƏRLƏR
10:29
271
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
901
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
914
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1660
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1150
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1110