Rusiyada ERMƏNİ QADINLAR azərbaycanca belə danışırlar
Rusiyanın Miqrasiya İdarəsi bu ölkədə qanunsuz yaşayan 4 erməni və 7 qirgızı saxlayıb. İvanova vilayətində sexlərin çalışan 11 qadın əvvəlcə idarənin əməkdaşlarına sənəd göstərməkdən imtina edib.
APA TV-nin xəbərinə görə, Suvorov kücəsindəki binanın zirzəmisini icarəyə götürən miqrantlar orada dərziliklə məşğul olublar. Sahibi bəlli olmayan sexin əsas iş fəaliyyəti orta məktəblərə və restoranlara masa örtüyü tikməkdən ibarət olub. Burada maraqlı məqam isə özünü nəzarətci kimi təqdim edən qadınlardan birinin kiməsə zəng edərək, azərbaycanca danışması olub.
Miqrasiya İdarəsi saxlanılan ermənilərin şəxsiyyət vəsiqələrinin onlarda olduğunu bildiriblər. Onların Qarabag erməniləri olduğu, sexi işlədən sahibkarın isə azərbaycanlı olduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI