Karateçilərin hesabında 3-cü qızıl medal

Azərbaycanın kişilərdən ibarət karate yığmasının üzvü Roman Heydərov kata yarışlarında bütün rəqiblərdən üstün olaraq qızıl medal qazanıb. Final görüşündə Türkiyə təmsilçisi Yakan Mehmetlə qarşılaşan idmançımız görüşü üstün bitirərək yarışların qalibi olub.

 

Qeyd edək ki, bu, karate yığmamızın IV İslam Həmrəyliyi Oyunlarında qazandığı sayca üçüncü qızıl medaldır. Ümumilikdə isə karateçilərin hesabında 6 medal var.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR