Cüdoçu Məmmədəli Mehdiyev qızıl medal qazandı
IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız uğurlu çıxışlarını davam etdirir. Cüdo yarışlarında 90 kiloqram çəki dərəcəsindən mübarizə aparan idmançımız Məmmədəli Mehdiyev yığmamızın hesabına daha bir qızıl medal yazdırıb. Bütün rəqiblərini məğlub edərək finala yüksələn idmançımız qızıl medal uğrunda görüşdə Əlcəzair idmançısı Əbdürrəhman Benamadi ilə qarşılaşıb. Rəqibinə qarşı ağrılı fənd işlədən idmançımız onu təslim olmağa məcbur edərək təmiz qələbə qazanıb.
Qeyd edək ki, Məmmədəli Mehdiyevin qazandığı qızıl medal cüdo yığmamızın 5-ci qızıl medalıdır. Bundan əvvəl Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) və Erdenebat Bazarraqça IV İslam Həmrəyliyi Oyunlarının (48 kq) qızıl medalını qazanıblar. Bundan başqa cüdo yığmamızın hesabında 5 gümüş medal var.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA