Beyləqanda torpaq davası: Bələdiyyə sədrinin qohumları keçmiş sədrin qohumlarını döydü
Beyləqanda sonuncu bələdiyyə seçkilərində qalib gələn bələdiyyə sədrinin qohumları keçmiş bələdiyyə sədrini və onunla həmfikir olan 10 nəfərədək şəxsi döyərək xəstəxanalıq edib. Hadisə rayonun İmamverdilər kəndində baş verib.
Torpaq üstündə düşən mübahisəyə son qoymaq üçün əraziyə gələn təftiş komissiyası tərəfləri bir araya gətirib. Qarşıdurma da bu anda başlayıb.
Zərərçəkən Rasim Əliyev hadisənin necə baş verdiyini danışıb: "Ədliyyənin işçisi gəldi, dedim ki, bizim işimiz burada deyil, sahədədir. Gəlin gedək sahəyə baxaq. Bizim otlaq sahələrimiz əkilib, öz pay torpaqlarımıza girməyə yol yoxdur. Dedi ki, mən sahəni yoxlamağa gəlməmişəm. Mən imzaları yoxlamağa gəlmişəm. Dedim ki, bizim sahələrimizə baxmayacaqsınızsa, şikayətimizlə maraqlanmayacaqsınızsa, niyə gəlmisiniz? Çıxanda Əfqan Bəşirovun qayınları, mühasib, İkram Tağıyev, Bəhramxan Abdullayev, Mübariiz Abdullayev, Anar Bəşiirov bizi saldılar təpik-yumruğun altına. Regional idarənin nümayəndəsi gəldiyi maşına oturub getdi. Demədi ki, bunları niyə qırırsınız?"
Beyləqan rayon mərkəzi xəstəxanasından bildiriblər ki, yaralılardan birinin vəziyyəti ağırdır: "Xəstəxanaya qəbul olunan 10 nəfər eyni kənddən olublar. Köhnə bələdiyyə sədri ilə təzə bələdiyyə sədri arasında dava düşüb, döyülmələr olub, 10 nəfər xəsarətlə müraciət edib. Müraciət edənlərin sərxoşluğu yoxlanılıb, sərxoş olanlar yoxdur. 2 nəfər stansionar şöbəyə yerləşdirilib, vəziyyətləri ağır idi, indi bir az yüngülləşib. Amma bir nəfərin vəziyyəti ağır olaraq qalır".
Zərərçəkənlərdən kimisinin dişi düşüb, kimisinin çənəsi sınıb, kimisinin də gözü göyərib. Xəstəxanaya müraciət edən 10 nəfərdən 7 nəfəri ambulator müalicə aldıqdan sonra evə buraxılıb.
Zərərçəkən Vüqar Əliyev hadisənin təfərrüatlarını danışıb: "Örüşə, əkin sahələrinə çıxa bilmirik. Şikayətimiz əsasında gəldilər, biz də getdik. Dedik, durun gedək, əkin sahələrinə baxaq, onlar da razılaşmadı. Biz də durub çıxanda bizi döydülər".
Zərərçəkən Rafiq Əsgərxanov da baş verənlərə görə bələdiyyə sədrini ittiham edib: "Kəndin mal örüşünü bələdiyyə verib öz qohum-əqrəbalarına. Hamısı taxıl-yonca əkib, mal örüşünü şumlayıb ediblər pambıq sahəsi. Əkilməlidirsə, biz də pambıq əkirik. Bizdən alıb verir özününkülərə, belə allahsızlıq olar? Verib hamısını qohumuna, əqrəbasına. Bizi də döyən elə onlar olub. Mənim atamın 80 yaşı var, İkram Tağıyev gözünün altından vurub. Gözünün altını qapqara qaraldıb. 80 yaşında kişiyə əl qaldırarlar? Dayımı necə vurdularsa, yerdə qaldı, dedik ki, kişi öldü.
"Qarşı tərəfdən zərərçəkən olmayıbmı" sualına isə “biz onları vurmadıq” deyirlər. Bələdiyyə sədri Əfqan Bəşirovla əlaqə yaradaraq məsələyə aydınlıq gətirməyini xahiş etdik. Bələdiyyə sədri bildirib ki, baş verən hadisəni hüquq-mühafizə orqanları araşdırır, bu səbəbdən onun özünü Beyləqan rayon Polis Şöbəsinə çağırıblar.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA