Gimnastlardan iki medal: Qadın yığmamız qızıl, kişi yığmamız gümüş medal qazandı

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastların mübarizəsində ilk medalların sahibləri müəyyənləşib.

 

APA TV-nin məlumatına görə, qaliblər 5 növ üzrə təsnifat mərhələsinin yekunlarına əsasən gerçəkləşib. Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkovadan ibarət qadınlardan ibarət millimiz komandamız 99,300 xal toplayaraq turnirin qalibi olub. İkinci yeri Türkiyə, üçüncü yeri İndoneziya millisi tutub.

 

Kişilərin yarışında isə Murad Ağarzayev, Timur Bayramov və Bense Talasdan ibarət milli komandamız 161,700 xal toplayaraq gümüş medalın sahibi olublar. Kişi gimnastların komanda yarışlarında qızıl medala Türkiyə millisi yiyələnib. Üçüncü yeri isə İran yığması tutub.

 

Qeyd edək ki, idman gimnastların fərdi yarışlarında final mərhələsi sabah keçiriləcək.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR