Finalda daha bir Azərbaycan dueli

Cüdoçularımız IV İslam Həmrəyliyi oyunlarında Azərbaycanın aktivinə daha üç medal yazdırıb.

 

APA TV-nin xəbərinə görə, kişilərin mübarizəsində 73 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Hidayət Heydərov finalda Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucovla qarşılaşıb.

 

Azərbaycan duelindən qalib ayrılan Heydərov olub. Hidayət fevral Parisdə keçirilən "Böyük dəbilqə"də Olimpiya mükafatçısına qızıl xalla qalib gəlmişdisə, bu dəfə onu ippona salıb. 

 

Qadınların mübarizəsində isə Kifayət Qasımova (63 kq) və Xanım Hüseynova (63 kq) yalnız finalda məğlub olub. Kifayət əlcəzairli Ratiba Tariket ilə, Xanım isə türkiyəli Busra Katipoğlu ilə bacara bilməyib. Nəticədə Azərbaycan yığması daha iki gümüş medalla kifayətlənməli olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR